www.azen.az
 ThermoPlus / ThermoPro Giriş qapıları
Əsas səhifə >   ThermoPlus / ThermoPro Giriş qapıları
ThermoPlus / ThermoPro Giriş qapıları
ThermoPlus / ThermoPro Giriş qapıları

PDF formatında yüklə



Hörmann məmulatının bir adət olaraq yüksək keyfiyyətinə malik olan ThermoPro giriş qapıları

Əsas və ya yan giriş üçün nəzərdə tutulmasından asılı olmayaraq, Hörmann şirkətinin ThermoPlus və ThermoPro qapıları hər zaman nəfis görünüşə malikdirlər. Daxili və xarici tərəfdən bütöv olan bu gözəl qapı layı ən tələbkar zövqlərə belə cavab verir. Onların xarici görünüşü otaqlararası qapılarla ideal uyğunluq təşkil edir.


Hörmann şirkətinin məhsulu olan ThermoPlus / ThermoPro qapılarının üstünlükləri

Evdə rahat atmosferin yaradılması təkcə evin daxili görkəmindən və otaqların sayından asılı deyil. Evin rahat olması həm də təhlükəsiz giriş qapısının olmasından asılıdır. Hörmann alman qapı istehsalçısı müştərinin diqqətinə etibarlı və nəfis metal qapılarının geniş çeşidini çatdırır. Bu qapılar sizin əmin-amanlığınızın və təhlükəsizliyinizin təminatçısı olacaq. İndiki dövrdə giriş qapısı öz sahibinin vizit kartı sayıla bilər, çünki bu qapı onun zövqünü əks etdirir. 

 

 Məhsulların həqiqi şəraitdə aparılan uzunmüddətli sınağı, keyfiyyətin Hörmann şirkətinin yüksək standartlarına uyğunluğuna zəmanət verir. Bunu nəzərə alaraq, Hörmann şirkəti ThermoPlus/ThermoPro qapıları üçün sizə beş il zəmanət verir.

Hörmann şirkəti yaxşı nümunə göstərir.  2013-ci ildən başlayaraq bu müəssisənin elektrik enerji sərfinin 40%-ni ekoloji cəhətdən təmiz enerji təşkil edir və gələcəkdə bu göstəricinin artırılması gözlənilir. Bununla yanaşı, enerjinin "ağıllı" və sertifikatlaşdırılmış idarəetmə sisteminin tətbiqi sayəsində hər il tonlarla CO2-yə qənaət edilir. Hörmann şirkəti ekoloji tikinti məhsullarını da təklif edir.

Hörmann şirkətinin ekoloji fəaliyyəti haqqında daha əraflı “Hörmann və ekologiya” kataloqundan öyrənin.

 

 

 

 ThermoPro  və ThermoPlus qapıları eksklüziv və çox nəfis görünüşə malikdirlər. Daxili və xarici tərəfdən bütöv olan zərif dizaynlı qapı layı ən tələbkar zövqə belə cavab verir. Bu qapıların xarici görünüşü daxili qapılarla ideal uyğunluq təşkil edir.

 

 

Bizim giriş qapıları ən yüksək səviyyəli istilik izolyasiyasına malik yeni nəsil giriş qapılarıdır. ThermoPro qapısının istilik izolyasiya əmsalının1.1 Wt (м²·К*) olması, bu qapının istilik saxlama qabiliyyətinin çox yüksək olmasından xəbər verir.

*Qapıların ölçülərdən asılıdır. Həmin rəqəmlər RAM 1230 × 2180 mm üçün uyğundur.

Bizim qapılar təhlükəsizlik məsələlərində də yeni standartlar yaradır.  ThermoPlus / ThermoPro Qapılarımızın hər biri çoxqat kilidləmə sisteminə malikdir. Petlə tərəfdən onlar məcburi açılmadan müdafiə olunublar. Sizin və ailənizin daha yaxşı müdafiə olunması üçün bizim qapılar əlavə sifarişlə RC 2 sinifli təhlükəsizlik sistemi ilə təchiz olunur. 

Hörmann şirkətinin qapıları bədbəxt hadisələrdən müdafiə məsələlərində də bütün tələblərə uyğundurlar. 8 mm qalınlığında təhlükəsiz çoxlaylı VSG şüşəsi xarici və daxili tərəfdən yüksək dərəcəli təhlükəsizliyi təmin edir. Şüşə sındıqda onun qəlpələri dağılmayaraq daxili plyonkaya yapışıb qalacaqlar. Beləliklə də onlar ətrafdakılara heç bir fiziki ziyan vurmayacaqlar. Bundan əlavə, təhlükəsiz çoxlaylı VSG şüşəsi təcavüzə qarşı yüksək təhlükəsizliklə xarakterizə olunur.