www.azen.az
Hörmann və ekoloqiya
Əsas səhifə >   Hörmann və ekoloqiya

Ekoloji cəhətdən düzgün fəaliyyət

Ailə müəssisəsi olan Hörmann şirkəti gələcək nəsillər qarşısında məsuliyyət daşıdığını hər zaman anlamışdır. Öz əməkdaşları qarşısında məsuliyyət, öz məhsullarına görə məsuliyyət, təbii sərvətlər və ətraf mühitə görə məsuliyyət. Biz bu gün bu məsuliyyəti daha yaxşı dərk edirik.

 

 


Ekoloji cəhətdən düzgün istehsal olunan konstruktiv elementlər

Ekoloji cəhətdən düzgün istehsal olunan konstruktiv elementlər

Hörmann məhsulları və onların hazırlanma prosesləri daim təkmilləşdirilir və yoxlamalara məruz qalırlar. Bu yoxlamalar eyni dərəcədə keyfiyyətə, enerji sərfiyyatına, ətraf mühitinin və əməyin mühafizəsinə, eləcə də təhlükəsizlik texnikasına riayət olunmasına şamil olunur. Hörmann şirkətinin hər bir əməkdaşı keyfiyyətin idarə edilməsi, ətraf mühitin mühafizəsi, enerjinin sərf olunması və əməyin mühafizəsi inteqrasiya edilmiş idarəetmə sistemi çərçivəsində birgə fəaliyyətə DIN EN ISO 9001, 14001, 50001 və BS OHSAS 18001 standartlarına uyğun olaraq öz töhfəsini verir. Yaxşı münasibət özünü doğrultmuş idarəetmə sisteminin əsasını təşkil edir. 


Ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə,  illik CO2 tullantılarının 16000 ton azaldılması.

Ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə, illik CO2 tullantılarının 16000 ton azaldılması.

Bərpa olunan mənbə enerjisinin istifadəsi sayəsində Hörmann şirkəti illik CO2 tullantılarını təxminən 16000 ton azaltmışdır. Bundan əlavə, Hörmann zavodlarının gələcəkdə birbaşa yerli külək elektrostansiyalarına qoşulması da nəzərdə tutulmuşdur. Biz, karbon qazı tullantılarımızın azaldılması üçün əlimizdən gələni edir və bu istiqamətdə irəliləyirik.


İnnovasiya texnologiyaları,

İnnovasiya texnologiyaları, "ağıllı" sistem – ilin 365 günü ərzində iqlimin hiss olunacaq dərəcədə qorunması

Qabaqcıl enerji idarəetmə və "ağıllı" tənzimlənmə sisteminin bir çox Hörmann zavodlarında tətbiq olunması nəticəsində biz, təmiz gələcəyə öz töhfəmizi veririk. Bu tədbirlər sayəsində CO2 tullantıları xeyli azalır, əməkdaşlarımızın ekoloji şüuru isə möhkəmlənir.


İqlimin dayanıqlığını təmin etmək naminə təbii resurslara qayğıkeş münasibət-böyük hədəflər yolunda kiçik tədbirlər.

İqlimin dayanıqlığını təmin etmək naminə təbii resurslara qayğıkeş münasibət-böyük hədəflər yolunda kiçik tədbirlər.

Hörmann şirkəti iqlimin qorunmasına xırdalıqlarla başlayır: gündəlik həyatımıza diqqətlə baxsaq, görərik ki, enerjiyə qənaət etməyimiz üçün biz, bir çox xırda vintləri tənzimləmləməliyik. Bu, təbii resurslara da aiddir. Ətraf mühitin gorunmasına dair öz üzərimizə götürdüyümüz məsuliyyət özünü təkrar emal olunmuş kağızın istifadə olunmasında, CO2 tullantılarının azalmasına gətirən poçt xidmətindən istifadə edilməsində və ya nəql qablaşdırmasının utilizasiyasında göstərir.


Gələcəyə yönəlmiş layihələr - ekoloji cəhətdən təmiz məmulatlar

Gələcəyə yönəlmiş layihələr - ekoloji cəhətdən təmiz məmulatlar

Xam malın əldə edilməsindən başlayaraq hazır məhsulun nəql edilməsinədək Hörmann şirkəti, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, təbii resurslarla qayğıkeş rəftar olunmasına və ekoloji tarazlığın pozulmamasına çalışır. Hörmann şirkəti ətraf mühit üçün təhlükəsiz bir istehsal təmin edir.


PDF скачать

Загрузка файла PDF

Каталог: «Hörmann и экология»