www.azen.az
Qaraj və yan qapılar
Əsas səhifə >   Qaraj və yan qapılar

Qaraj qapıları

Seksiyalı qaraj qapıları

Müasir eleqant seksiyalı qapılar vertikal açılaraq tavan boyu irəliləyir. Beləliklə də, Siz qarajın önündə və içində yer qazanmış olursunuz və bu bir çox üstünlüklərin biridir... daha ətraflı »

Qalxıb-dönən Berry qapıları

Zamanın sınağından çıxmış qalxıb-dönən "Berry" qapıları bayıra tərəf hərəkət edərək qarajınızın tavanının altına qalxır. Polad və taxta qapıların 20-dən artıq motivləri qarajınızın tərtibatı üçün çoxsaylı variantlar təmin edir... daha ətraflı »

RollMatic qaraj qapıları

Hörmann şirkətinin “Roll Matic” qaraj qapısı sayəsində istər qarajın önündə, istərsə də içində cox yer azad olur. Qaraja daxil olmaq üçün avtomaşını bilavasitə qarajın önündə saxlaya bilərsiniz, eyni zamanda da qarajın tavanının altındakı yer boş qalır... daha ətraflı »


Hörmann qaraj qapıları

Hörmann - bazarda 75 ildən artıq fəaliyyət göstərən aparıcı Almaniya istehsalçı şirkəti və keyfiyyətin şübhəsiz zəmanətidir.

Hörmannın obyektiv üstünlükləri:

1. Şirkətin qabaqcıl avadanlığında istehsal edilmiş yüksək keyfiyyətli komplektləşdirici hissələrdən ibarət olduğundan Hörmann metal qaraj qapılarını sifariş etməyə dəyər. Bütün hissə və motorlar mürəkkəb sınaq və yoxlama sistemindən keçir, müstəqil təşkilat və qurumların ekspertləri tərəfindən sertifikatlaşdırılır və buna görə də nəqliyyat vasitələrinizin təhlükəsizliyi və qorunması heç bir şübhə doğurmayacaq.

2. Avtomatik qaraj qapılarının hazırlanması bütün beynəlxalq keyfiyyət standartlarına tam uyğun həyata keçirilir. Qapı laylarına 10-illik zəmanət verilir.

3. Keyfiyyətli avtomatika bu qapıların istismarını asan, xoş və fasiləsiz edir.

4. Əfsanəvi Alman konserni, nəticəsi unikal məhsul və qazanılmış patentlər olan daim tədqiqat aparmaqla və yeni-yeni layihələrə imza atmaqla məşğuldur.