www.azen.az
RollMatic qaraj qapıları
Əsas səhifə >   RollMatic qaraj qapıları

Tam komplektləşdirilmiş motorlu konstruksiya

Hörmann şirkətinin RollMatic qaraj qapısı sayəsində istər qarajın önündə, istərsə də içində cox yer azad olur. Qaraja daxil olmaq üçün avtomaşını bilavasitə qarajın önündə saxlaya bilərsiniz, eyni zamanda da qarajın tavanının altındakı yer boş qalır. RollMatic qapılarının profili korroziyaya uğramayan yüksək keyfiyyətli alüminiumdan hazırlanmışdır. Bir də ki, RollMatic qapıları müasir Hörmann motorlari ilə təchiz edilir. Bundan başqa, motor müəyyən standart üzrə konsolun xaricində quraşdırılır, beləliklə də, xidmət edilməsi rahat olur. RollMatic qapılarının rahat və səssiz işə salınma və saxlanılması onların ehtiyatlı istismarını təmin edir. Klaviş şəklində daxili elektrik açarı və qarajın işıqlandırılması düyməsi idarəetmə blokunda qurulmuşdur.

Daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz.


Hörmann rulon qaraj qapılarının üstünlükləri

Mükəmməl texnika

 

Özünü uzun illər boyunca doğrultmuş dartılma yayı sistemi qapının açılması və bağlanması zamanı istifadə olunur. Beləliklə də motora daha az yük düşür. Zərurət yarandıqda qapını əllə də asanlıqla açmaq olar. Bunun üçün xüsusi əl dəstəyi tələb olunmur. Burazın ikili istiqamətləndirici elementləri qapının düşməsinin qarşısını alır.

 

Profillərin dolayıcı valın üzərində xüsusi üsulla yerləşməsi etibarlı kilidlənməni təmin edir. Bu mexanizmin hesabına qapını bayırdan qaldırmaq mümkün deyil.

Motorla birlikdə

 

Motora texniki xidmət göstərmək çox rahatdır, çünki o, dolayıcı valın örtüyündən kənarda quraşdırılır. Rollmatic sistemi motorun səlis və səssiz işə düşməsini və dayanmasını təmin edir. Daxili elektrik açarı və qarajın işiqlandırma sistemi idarə blokunun içərisinə daxil edilmişdir. Yaylı tənzimləyici və etibarlı avtomatik söndürülmə sistemi sayəsində tamamlayıcı çevrənin əlavə qoruyucusu tələb olunmur.