www.azen.az
PortaMatic qapı motoru
Əsas səhifə >   PortaMatic qapı motoru

Maneyəsiz rahat yaşamaq üçün PortaMatic qapı motoru

Hörmann şirkətinin PortaMatic motoru ilə siz avtomatik olaraq asanlıqla daxili taxta və dəmir qapınızı məsafədən idarə etmə pultu və ya düyməli elektrik açarı vasitəsilə aça və bağlaya bilərsiniz. Belə idarə sizdə fiziki məhdudiyyətin olub-olmamasından və ya sadəcə daha çox rahatlıq arzu etmənizdən asılı olmayaraq, sizin gündəlik həyatınızı yaxşılaşdıracaq. PortaMatic qapı motoru həm ev, həm də ictimai müəssisə qapılarına uyğun gəlir. Onun bir çox funksiyası var, lakin ən böyük üstünlüyü elektrik enerjisini az sərf etməsidir. Bundan əlavə, PortaMatic motorunun qiyməti başqa bu cür motorlardan 25 faizədək aşağıdır.


Yaş tələblərinə uyğun yaşamaq

Yaş tələblərinə uyğun yaşamaq

Fiziki məhdudiyyətli olmağınıza baxmayaraq hərəkətli olmaq istərdinizmi? Daxili qapılar üçün nəzərdə tutulmuş PortaMatic motoru həyatınızın keyfiyyətini yaxşılaşdıracq və siz heç kəsdən asılı olmayaraq öz evinizdə rahat hərəkət edə biləcəksiniz.


Rahat yaşamaq üçün

Rahat yaşamaq üçün

İndi siz ağır dolu çantalar, dolu məcməyi və ya içki şüşələri dolu yeşiklə evinizdə və ya mənzilinizdə asanlıqla hərəkət edə biləcəksiniz. Hətta heç bir fiziki məhdudiyyətiniz yoxdursa belə, siz avtomatik açılan qapı kimi bir rahatlıqdan heç vaxt imtina etməyəcəksiniz.  


Maneyə olmadan işləmək

Maneyə olmadan işləmək

İşin maneyəsiz olması indi artıq çox əhəmiyyətlidir. Bu əhəmiyyət gündən-gündə artmaqda davam edir. PortaMatic motoru sizin iş yerinizdə, ümumi istifadə üçün nəzərdə tutulmayan qapılarda da quraşdırıla bilər. Beləliklə, o, sizə, təkcə evdə deyil, işdə də rahatlıq bəxş etmək iqtidarındadır.


Qapıların gigiyena qaydalarına riayət etməklə açılması

Qapıların gigiyena qaydalarına riayət etməklə açılması

Əməkdaşların ofis binalarında yoluxma təhlükəsi daha yüksək olur. Əsasən də, sanitariya qovşağının qapılarının dəstəklərinə toxunduqda. Kontaktsız elektrik açarı ilə idarə olunan PortaMatic motoru sayəsində siz mikrob və bakteriyalardan etibarlı qorunacaqsınız. Sağlamlığınız barəsində arxayın ola bilərsiniz! 


Hörmann PortaMatic motorlarının üstünlükləri

Rahatlıq və təhlükəsizlik Hörmann şirkəti üçün böyük əhəmiyyət kəsb edir və bir-birindən ayrılmır. Öz səlis işləmə funksiyası sayəsində, PortaMatic motoru qapınızı tamamilə səssiz açıb-bağlayacaq. Qapıları hərəkətə gətirmək üçün çox kiçik güc tələb olunur. Bu isə yüksək təhlükəsizliyə təminat verir. Cüzi bir toxunuş belə onun hərəkətini dərhal dayandırır.

Başqalarından fərqli olaraq, sizə rahatlıq bəxş etmək üçün biz hər an düşünməyə və icad etməyə davam edirik. Bizim qabaqcıl BiSecur radio sistemimiz vasitəsilə, siz qapı motorunu məsafədən idarə etmə pultu ya daxili elektrik açarı ilə idarə edəcəksiniz. Eləcə də siz qapının açıq ya bağlı olduğunu sorğulamaq iqtidarında olacaqsınız.

 

 

Beləliklə, daxili qapının bağlı olub-olmadığını bilmək üçün siz evdə ora-bura qaçmaq məcburiyyətindən azad olacaqsınız. Biz hər zaman sizin rahatlığınızı düşündüyümüzdən, siz nəinki məsafədən idarə etmə pultu və ya elektrik açar ilə qapını açıb-bağlaya biləcəksiniz, həmçinin motora quraşdırılmış işıq diodunu da idarə edə biləcəksiniz.

 

 

HS 5 BS məsafədən idarə etmə pultu və ya FİT 5 BS məsafədən idarə olunan daxili elektrik açarı ilə

PortaMatic motoru həyatınızı rahatlaşdıracaq. O, çox sadə montaj olunur: qapının üstündə və ya çərçivədə bərkidilir. Sürüşmə təkərciyi qapının layına yapışdırılır. Zərurət yarandıqda, onu, iz buraxmadan qopartmaq olar. Bu, motorun kirayə və ya hamar şüşə qapılı evdə quraşdırıldığı zaman xüsusi əhəmiyyət kəsb edir. PortaMatic motoru çox asan qoşulur: onu, sadəcə olaraq elektrik xəttinə birləşdirmək lazımdır! Bu işdə heç bir heç bir problemin yaşanmaması üçün, istehsalçılar bizim motorları 3 metrlik kabellə təchiz edirlər. Əlbəttə ki, Hörmann şirkətinin sizin region üzrə distributoru motorun quraşdırılmasında sizə köməklik göstərəcək.

.

Biz, rahatlıq və təhlükəsizliyin dərəcəsinin yüksək olmasını istəyirik. Buna görə də, biz PortaMatic motoruna əlavə faydalı funksiyalar verdik. Belə ki, qapı açılmazdan və bağlanmazdan əvvəl, siqnal səslənir və daxili işıq diodu qoşulur. Bu işıq, sizə zəif işıqlandırlmış və qaranlıq keçidlərdə lazımlı ola bilər.