www.azen.az
О нас
Əsas səhifə >   Yükləmə texnikasını necə seçmək lazımdır?

Yükləmə texnikasını necə seçmək lazımdır?

Yükləmə texnikası müasir logistika mərkəzlərinin ayrılmaz hissəsi hesab olunur. Bu cür avadanlığın əsas məqsədi yükləmə ərazisində müxtəlif hündürlük səviyyələrini eyniləşdirməkdir. (Anbarın döşəməsi səviyyəsi ilə nəqliyyat vasitəsinin hündürlüyü)

Yükləmə texnikasının komponentləri və qiyməti 

AZEN şirkəti olaraq Almaniyanın ən yaxşı istehsalçısı Hörmann şirkətinin yükləmə texnikasını Azərbaycanda təqdim edirik. Yükləmə texnikası dəstinə aşağıdakılar daxil ola bilər:

  • Yükləmə rampaları;
  • Qapıların hermetizatorları;
  • Şlüz tamburlar;
  • Sənaye qapıları;
  • İdarəetmə sistemləri;
  • Təhlükəsizlik ləvazimatları və "Dock Control" sistemi. 

Dəstə daxil komponentlərin sayından asılı olaraq yükləmə texnikasının qiyməti də fərqlənir. Bu cür texnikadan müxtəlif obyektlərdə istifadə etməklə istənilən şirkətin işini daha peşəkar qurmaq olar. 

Mürəkkəb məsələlərin həlli üçün yükləmə sistemləri.

Əsas funksiyasından savayı yükləmə avadanlıqları digər vacib məsələləri də həll etməyə qadirdir:

•Yükləmə prosesinin təhlükəsizliyinin qorunması və məhsulların yüklənməsinə sanksiyalaşdırılmamış müdaxilənin qarşısını alma;

•Yükləmə zamanı məhsulların mümkün zədələnməsi hallarının minimuma endirilməsi, hava şəraitinin və temperatur dəyişməsinin təsirindən qorunması;

•Yükləmə prosesinin sürətinin artırılması;

•Temperatur itkilərinin azaldılması;

•İşçi qüvvəsinin fəaliyətinin yaxşılaşdırılması, təhlükəsizliyin təminatı;

•Yükləmə və nəqliyyat vasitələrinin tətbiqinin effektivliyinin artırılması. 

Yükləmə texnikası seçərkən nəyə diqqət etmək lazımdır?

Yükləmə texnikası seçməzdən əvvəl bir sıra amillərə diqqət yetirin:

•İstifadə olunan nəqliyyat vasitəsinin növü;

•Nəqliyyat vasitəsinin ölçüləri;

•İstifadə intensivliyi;

•Daşınılan yüklərin növü və s.

Gələcək işin düzgün planlaşdırılması nəinki yükləmə texnikasının düzgün seçilməsinə, o cümlədən bütün obyektin effetktiv işləməsinə yardım edir. Odur ki, bu cür məsələlərdə mütəxəssislərlə məslətləşməyiniz məqsədə uyğundur. Bizim peşəkar komandamız- sizə ən optimal variantı seçməyə yardım edə və seçdiyiniz texnikanı qısa müddətdə quraşdıra bilər.