www.azen.az

Hörmann markasının mükəmməl keyfiyyəti

Eyni istehsalçının məhsulları-zəmanətli keyfiyyət

Eyni istehsalçının məhsulları-zəmanətli keyfiyyət

Tikinti elementləri bazarında söhbət qapılar, çərçivələr və motorlardan gedəndə, istər-istəməz Hörmann adlı istehsalçı şirkət nəzərdə tutulur. Alman şirkəti olan Hörmann, qaraj, sənaye və müxtəlif təyinatlı qapıların, motorların, çərçivələrin və yükləmə texnikasının Avropada ən iri istehsalçısı və ixracatçısıdır. Müəssisə fəlsəfəsinin əsasını innovasiya yönümü çoxillik təcrübə, zəmanətli keyfiyyət və sifarişçilərin tələbatına uyğunluq təşkil edir.


Ekoloji cəhətdən düzgün fəaliyyət

Ekoloji cəhətdən düzgün fəaliyyət

 

Ailə müəssisəsi olan Hörmann şirkəti gələcək nəsillər qarşısında məsuliyyət daşıdığını hər zaman anlamışdır. Öz əməkdaşları qarşısında məsuliyyət, öz məhsullarına görə məsuliyyət, təbii sərvətlər və ətraf mühitə görə məsuliyyət. Biz bu gün bu məsuliyyəti daha yaxşı dərk edirik.

 


Made in Germany

Made in Germany

Hörmann şirkətinin məhsulları özünün yüksək ixtisaslı zavodlarında layihələndirilir və istehsal olunurlar. Yüksək ixtisaslı əməkdaşlar buraxılan məhsulların təkmilləşdirilməsi və yeni məhsulların yaradılması üzərində intensiv iş aparırlar. Bu işin nəticəsi yeni-yeni patentlərin qazanılması və unikal məhsulun bazarda yer alması olur. Bütün məhsulların həqiqi şəraitdə aparılan uzunmüddətli sınağı, qüsursuz keyfiyyətin, möhkəmliyin və davamlılığın Hörmann şirkətinin yüksək standartlarına uyğunluğuna zəmanət verir.

 


Hörmann keyfiyyət nişanı: giriş və qaraj qapıları, çərçivələr, motorlar və başqa məmulatlar.

Hörmann keyfiyyət nişanı: giriş və qaraj qapıları, çərçivələr, motorlar və başqa məmulatlar.

Qaraj qapılarının istehsalı Hörmann şirkətinin yeganə fəaliyyət növü deyil

 

Hörmann şirkətinin əsas fəaliyyət dairəsinə sənaye və qaraj qapılarının, eləcə də müxtəlif növ qapıların avtomatlaşdırılmasını təmin edən əlavə mexanizm və elektrik motorlarının istehsalı və quraşdırılması daxildir. Hormann şirkəti həmçinin qısa müddətdə giriş qapılarının sifarişli istehsalını, çatdırılmasını və quraşdırılmasını da həyata keçirir.

 

 

Hörmann şirkətinin etdiyi təklif və xidmətlərin üstünlükləri

 

İstehsalçının bir çox üstünlüyü arasında aşağıdakıları fərqləndirə bilərik:

 

  1. Alman şirkəti olan Hörmann istehsal etdiyi giriş qapılarının zəmanətli keyfiyyəti, yüksək dərəcəli möhkəmliyi və əlverişli qiyməti ilə seçilir.
  2. İstehsalçının istehsal etdiyi bütün məhsullar yüksək tələbata malikdirlər. Bunun sayəsində Avropa keyfiyyətinin və sərfəli qiymətlərin nisbəti saxlanılır.
  3. Hörmann - Avropada fəal yayılmağa başlayan avtomatlaşdırılmış qapı və sistemlərin ilk istehsalçılarındandır. Bu, qlobal təcrübəyə və geniş çeşidə işarə edir.
  4. Hörmann şirkətinin məhsul və xidmətlərinin qiymətinə bütün zəmanət müddəti ərzində istifadə edə biləcəyiniz bir sıra xidmətlər də daxildir.